Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qarabağ" Konfrans Liqasının pley-offuna vəsiqəni təmin etdi - Yenilənib - VİDEO

Tarix: 1 Dekabr 2023 02:32

"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

Milli.Az report-a istinadən xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv V turda Norveçdə yerli "Molde" klubunun qonağı olub.

"Aker" stadionunda təşkil edilən qarşılaşmada hesabı 12-ci dəqiqədə Ağdam təmsilçisi açıb. Juninyo 12-ci dəqiqədə qapıçı ilə təkbətək şansı əldən verməyib. Lakin Azərbaycan çempionu üstünlüyünü qoruya bilməyib. Kristian Eriksen 82 və 87-ci dəqiqələrdə vurduğu 2 qol sayəsində norveçliləri önə keçirib. Buna baxmayaraq, "Qarabağ" məğlubiyyətdən qurtulub. 90+5-ci dəqiqədə Bəhlul Mustafazadə görüşdə son nöqtəni qoyub - 2:2.

Bu nəticədən sonra xallarının sayını 7-yə yüksəldən "Qarabağ" ikinci pillədəki yerini qoruyub. Eyni xala malik "Molde" isə üçüncü yerdə qalıb. Ağdam təmsilçisi minimum UEFA Konfrans Liqasının pley-off mərhələsinə vəsiqəni rəsmiləşdirib.

Qrupun digər oyununda Almaniyanın "Bayer" klubu səfərdə İsveç təmsilçisi "Hekken"i 2:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, "Qarabağ" yer aldığı H qrupunda son matçını dekabrın 14-də Bakıda İsveç klubu "Hekken"ə qarşı keçirəcək.

-------

00:01

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində 5-ci turun oyunları keçirilir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" qrupda əsas rəqibi olan "Molde" ilə Norveçdə qarşılaşır.

Oyun Bakı vaxtı ilə saat 00:00-da başlayıb.

Bu görüş 6 xalı olan hər iki komanda üçün qrupdan çıxmaq baxımından çox vacibdir. "Qarabağ" "Molde"yə qalib gələrsə, pley-offa vəsiqəni təmin edəcək. "Molde" isə pley-offa vəsiqəni rəsmiləşdirmək üçün Ağdam təmsilçisini 2 top fərqi ilə məğlub etməlidir.

"Qarabağ"la "Molde"nin qrupun ilk turunda Bakıda keçirdikləri matçında Ağdam təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.

H qrupunun digər oyununda "Hekken" (İsveç) "Bayer"i (Almaniya) qəbul edir.

30 noyabr

UEFA Avropa Liqası

Qrup mərhələsi, 5-ci tur

00:00."Molde" (Norveç) - "Qarabağ" (Azərbaycan) - 0:0 (Birinci hissə)

Baş hakim: Erik Lambrexts (Belçika) 

Norveç. Molde stadionu

00:00. "Hekken" (İsveç) - "Bayer" (Almaniya)

Milli.Az


Etiketlər:  Qarabağ Konfrans Liqasının pley offuna vəsiqəni təmin etdi Yenilənib VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ