Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Salmani-farsi kimdir və İslam tarixində hansı rol oynayıb?

Salmani-farsi kimdir və İslam tarixində hansı rol oynayıb?

Tarix: 1 Dekabr 2023 01:00

Salmani-farsi Həzrət Mühəmməd Peyğəmbərin (s) ən məşhur və möhtərəm səhabələrindən biridir. Adından da göründüyü kimi fars millətinə mənsub olan Salman zərdüşti ailədə doğulsa da, xristian dinində olmuş, sonra Peyğəmbər (s) haqqında məlumat eşidərək Ərəbistana gəlmişdir. Onu qul kimi Mədinədə bir yəhudiyə satmışdılar. Həzrət Mühəmməd Peyğəmbər (s) hicrət zamanı Mədinənin girişindəki Quba kəndində durduğu zaman Salman onunla görüşmüş və peyğəmbərlik əlamətlərini yoxlayaraq iman gətirmişdi. Sonralar Peyğəmbər onu ağasından satın alaraq azad etdi. Xəndək savaşında Mədinə şəhərinin ətrafına xəndək qazımağı Peyğəmbərə o təklif etmişdi, o zamana kimi ərəblər müdafiə zamanı xəndəkdən istifadə etmirdilər. Bu müdafiə üsulu sayəsində müsəlmanlar Mədinəni müşriklərdən qoruya bildilər. Peyğəmbərin vəfatından sonra Salman Əhli-beytin yanında olmuş, İmam Əlinin (ə) haqqını müdafiə etmişdir. Mədain şəhərinə vali təyin edilmiş Salman 656-cı ildə və ya 652-653-cü illərdə dünyasını dəyişmişdir. O, zahidanə həyat tərzi sürür, vali olmasına baxmayaraq zənbil toxuyub satmaqla dolanırdı. Həzrət Mühəmməd Peyğəmbər (s) onun barəsində buyurmuşdur: "Salman bizdəndir, Əhli-beytdəndir".

Milli.Az


Etiketlər:  Salmani farsi kimdir İslam tarixində hansı rol oynayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ