Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu ölkə növbəti qurban olacaq - Lavrovdan şok

Bu ölkə növbəti qurban olacaq - Lavrovdan şok

Tarix: 1 Dekabr 2023 08:30

Moldova Qərbin Rusiyaya qarşı başlatdığı hibrid müharibənin növbəti qurbanı olacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında deyib.

Lavrov Moldovanın federallaşdırılması yolu ilə Dnestryanı münaqişənin həllinə dair 2003-cü ildə imzalanmış Kozak Memorandumunu xatırladıb:

"Bu, Moldovadakı vəziyyəti 20 il əvvəl etibarlı şəkildə həll edə bilərdi. İndi də onlar "5+2" formatını öldürürlər - Dnestryanı probleminin nizamlaması üzrə birgə səylərdən qalan son qurumu... Əslində, Moldova Qərbin Rusiyaya qarşı başlatdığı hibrid müharibənin növbəti qurbanı olacaq. Hazırda Qərb emissarlarının, fondlarının və qeyri-hökumət təşkilatlarının fəal olduğu hər bir ölkə bu barədə düşünməlidir".

Milli.Az


Etiketlər:  Bu ölkə növbəti qurban olacaq Lavrovdan şok


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ