Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Dekabr 2023 22:18
Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində dünən keçirilən "Molde" - "Qarabağ" oyununda (2:2) zədələnərək yerini Bədavi Hüseynova vermək məcburiyyətində qalan Kevin Medinanın vəziyyətinin nə yerdə olduğu futbolsevərləri maraqlandıran məqamlardandır.
Sonxeber.net xəbər verir ki, Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin kolumbiyalı mərkəz müdafiəçisinin aldığı xəsarət barədə Fanat.Az-a açıqlaması belə oldu:
"Hazırda Kevinin zədəsinin nə dərəcədə ciddi olduğu dəqiq bilinmir. Komanda artıq Bakıdadır. Medina bu gün günortadan sonra tibbi müayinədən keçəcək. MRT-nin cavabı isə sabah çıxacaq".
Xatırladaq ki, Norveç təmsilçisi ilə məhsuldar bərabərliyə razılaşan "Qarabağ" sona 1 tur qalmış H qrupunda 2-ci pillədəki yerini qoruyub.