Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xanımı Zelenskinin ikinci dəfə prezident olmasını istəmir

Xanımı Zelenskinin ikinci dəfə prezident olmasını istəmir

Tarix: 2 Dekabr 2023 00:20

Zelenskinin növbəti müddətdə prezidentliyə namizəd olmasını istəmirəm.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ukraynanın birinci xanımı Yelna Zelenskaya "The Economist"ə müsahibəsində bildirib.

Ona müharibədən sonra Ukraynanın gələcəyi və öz ailəsi ilə bağlı planlar barədə sual verilib:

"Ailəmiz qovuşacaq. Ərim və uşaqlarımla hər zaman bir yerdə yaşayacağıq. Bundan sonra fərqi yoxdur məzuniyyətə çıxıb haradsa dincəlmək istəyirəm".

Zelenskaya qeyd edib ki, bundan sonra nə edəcəklərinə qərar verəcəklər.

Xatırladaq ki, Ukraynada seçkilər yalnız hərbi vəziyyət başa çatdıqdan sonra keçiriləcək.

Ali Rada 2024-cü ilin martında keçirilməsi planlaşdırılan seçkiləri ləğv edib.

Milli.Az


Etiketlər:  Xanımı Zelenskinin ikinci dəfə prezident olmasını istəmir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ