Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərbilin özündən 44 yaş kiçik yeni sevgilisi - FOTO

Ərbilin özündən 44 yaş kiçik yeni sevgilisi - FOTO

Tarix: 2 Dekabr 2023 22:24

Türkiyəli şoumen Mehmet Əli Ərbil növbəti dəfə özəl həyatı ilə gündəmə gəlib.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, 66 yaşlı şoumenin özündən 44 yaş kiçik Nevide Çiçek adlı xanımla münasibətdə olduğu bildirilib. İkili məkanlardan birində səmimi şəkildə görüntülənib.

"2. sayfa"nın məlumatına görə, Nevide 1 ay əvvəl "Zahide Yetiş ile yeniden başlasak" proqramına çıxaraq keçmiş sevgilisini tapmaq üçün kömək istəyib.

Qeyd edək ki, Ərbil 3 uşaq atasıdır. Onun keçmiş sevgilisi Gülseren Ceylanın 26 yaşı var idi. Onlar nişanlansa da, bir neçə ay sonra ayrılıblar.

Nevidenin isə 22 yaşı var.


Etiketlər:  Ərbilin özündən yaş kiçik yeni sevgilisi FOTO


RƏYLƏR