Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ömrü uzadan pəhriz

Ömrü uzadan pəhriz

Tarix: 3 Dekabr 2023 00:42

Ömrünüz boyu həm sağlam, həm də fit qalmaq istəyirsinizsə, mütəxəssislər Aralıq dənizi pəhrizini tövsiyə edir. Bu şəkildə qidalanaraq artıq piylərinizdən də xilas olmaq mümkündür. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu pəgriz həm də uzun ömrün sirridir. Uzun müddət Aralıq dənizi pəhrizi saxlayanlarda  bir çox xəstəliyə qarşı qoruyucu təsir formalaşır.

Təzə tərəvəz və meyvələr, qoz-fındıq, bütün taxıllar, turş xəmir, paxlalılar və zeytun yağı ilə daha zəngin olan, kifayət qədər miqdarda balıq, toyuq, hinduşka, süd məhsulları, daha az qırmızı ət və nadir hallarda şirniyyatla zəngin olan Aralıq dənizi pəhrizinə tam əməl edilməlidir. Bu, pəhriz piylənmənin də qarşısını alır. 

Aralıq dənizi pəhrizi zəngin mono doymamış yağ turşuları və pəhriz lifi tərkibi, aşağı doymuş və trans yağ turşuları və balanslaşdırılmış omeqa 6/omeqa 3 əsas yağ turşuları nisbətinə görə endotel funksiyasını yaxşılaşdırır, oksidləşdirici zədələri azaldır, iltihabı saxlayır, trombozu azaldır. O, bədən toxumalarının müxtəlifliyini tənzimləyən, immuniteti yüksəldən, zərdabın lipid profilini yaxşılaşdıran, insulin müqavimətini qıran və yağ toxumasını azaldan təsirlərə malikdir.

Piylənmə, ürək xəstəlikləri, 2-ci tip diabet, hipertoniya, otoimmün sistem xəstəlikləri, bir çox xərçəng növləri, qaraciyər yağlanması, yaşa bağlı nevroloji xəstəliklərə qarşı qoruyucu təsiri olan ən dəyərli qidalanma tərzi məhz bu pəhrizdir.

Pəhriz zamanı 4 əsas qaydaya əməl edilməlidir:

1. Səhər yeməyi mütləq olmalıdır. Saat 10:00-a qədər səhər yeməyini bitirməlisiniz. 

2. Axşam yeməyi ən gec saat 19:00-a kimi yeyilməlidir. 

3. Yeməklər arasında ən az 4 saat fərq olmalıdır. 

4. Gün ərzində idman, ayaqla gəzmək mütləqdir. 

Pəhrizin əsas amili qidalarda zeytun yağından istifadə edilməsi. E vitamini zəngin olan qidalar yeyilməsidir. 

Milli.Az


Etiketlər:  Ömrü uzadan pəhriz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ