Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Dekabr 2023 09:32
Filippinin cənubunda universitetin idman zalında baş verən partlayış nəticəsində 3 nəfər ölüb, 7 nəfər yaralanıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə yerli hüquq-mühafizə orqanlarının əməkdaşlarına istinadən "Manila Bulletin" məlumat yayıb.
"Dekabrın 3-də Maravi şəhərində kütləvi aksiya zamanı partlayış baş verib, nəticədə 3 nəfər ölüb, 7 nəfər yaralanıb", - məlumatda deyilir.
Portalın məlumatına görə, partlayış Mindanao Dövlət Universitetinin binasında katolik mərasimi zamanı baş verib.
Polisin məlumatına görə, hazırda qumbara, yoxsa əldəqayırma partlayıcıdan istifadə edildiyi məlum deyil.