Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Premyer Liqa: "Neftçi" "Zirə"ni məğlub edib

Premyer Liqa:

Tarix: 3 Dekabr 2023 19:14

Azərbaycan Premyer Liqasında XV tur davam edir.

Milli.Az report-a istinadən xəbər verir ki, bu gün daha bir oyun keçirilib.

Paytaxt derbisində "Neftçi" "Zirə"ni qəbul edib. "Neftçi Arena"da baş tutan görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Ağ-qaralar"a qalibiyyəti gətirən qola 60-cı dəqiqədə Rəhman Hacıyev imza atıb.

Bu nəticə ilə "Neftçi" xallarının sayını 22-yə yüksəldib. İkinci pillədəki "Zirə" isə 28 xalda qalıb.

Qeyd edək ki, tura dekabrın 4-də keçiriləcək "Qarabağ" - "Qəbələ" qarşılaşması ilə yekun vurulacaq.

Milli.Az


Etiketlər:  Premyer Liqa Neftçi Zirəni məğlub edib


RƏYLƏR