Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu şəxslərə maddi güzəştlər ediləcək - VİDEO

Bu şəxslərə maddi güzəştlər ediləcək - VİDEO

Tarix: 5 Dekabr 2023 12:12

Ərzaqlıq buğda əkən fermerlərə müasir suvarma sistemləri üçün aldıqları kreditlərə dövlət zəmanəti və faiz subsidiyası veriləcək.

Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kerdit və İnkişaf Agentliyinin sədr müavini Mehman İsmayılov bildirib ki, dövlətin verdiyi zəmanət 30 faizdən 60 faizə qədər dəyişəcək.

Onun sözlərinə görə, bu, banklar tərəfindən veriləcək kreditən faiz dərəcəsindən asılı olacaq.

Mehman İsmayılov qeyd edib ki, əsas hədəflərdən biri əkin sahələrində müasir suvarma sisteminin tətbiqi ilə məhsuldarlığı artımaqdır. Bununla həm də ölkədə ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsi yüksələ bilər.

O əlavə edib ki, sahibkarlara kreditlərin verilməsi bankların öz resusları hesabına həyata keçiriləcək. Şərtlərə görə, hər layihə üzrə kreditin məbləği 3 milyon manatdan çox olmamalıdır. Müasir suvarma sistemlərinin alıcıları onların qiymətləndirmə nəticəsində müəyyən olunan satış dəyərinin minimum 20 %-i həcmində ilkin ödəniş etməlidirlər. Dövlət zəmanəti və faiz subsidiyası 2028-ci il yanvarın 1-dək dövlət zəmanəti verilərək bağlanılmış bütün kredit müqavilələrinə şamil ediləcək.


Etiketlər:  şəxslərə maddi güzəştlər ediləcək VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ