Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qızılca virusu insanlar arasında necə yayılır?

Qızılca virusu insanlar arasında necə yayılır?

Tarix: 6 Dekabr 2023 15:42

Qızılcaya yoluxan şəxs hava- damcı yolu ilə ətrafdakı insanları yoluxdurur.

Sonxeber.net xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

"Qızılca virusuna təmas olmadan belə əhalinin sıx olduğu məknlarda yoluxma mümkündür. İnkubasiya dövrü minimal 6 gündür. Xəstəlik dövründə öskürək özünü ilkin olaraq göstərir. Səpkilər qırmızı fonda ləkəlidir və 3 gün davam edir. Artıq səpkilər bitdikdən sonra xəstənin hərarəti düşür.

Qızılca ağır infeksion xəstəlikdir və bir neçə fəsadlarla ağırlaşa bilər. Bunlar birinci növbədə viral pnevmoniyadırLakin eyni ilə ikincili bakterial infeksiyanın qoşulmasından da qarışıq viral bakterial pnevmoniya inkişaf edə bilər. Tənəffüs yollarında zədələnmərə bundan başqa larinqotraxeobronxitlər, bronxolitlər aiddir. Həzm traktının zədələnməsi diareya şəkilində özünü göstərir. Bu zaman qastroenteritlər təsadüf edilir. Bəzi hallarda qaraciyərin iltihabı-hepatit və müsariqə limfa düyünlərinin zədələnməsi, hətta kəskin appendisit inkişaf edə bilər. Uşaqlarda orta qulağın iltihabı daha çox rast gəlir və bakterial mənşəli olur. Ürək-damar sisteminin zədələnməsi kimi çox həssas hallarda miokarditlər rast gəlir. Sinir sisteminin zədələnməsi nadir də olsa baş verir. Buna ensefalitlər və s. aiddir", - deyə o, bildirib.

İnfeksionist qeyd edir ki, qızılca virusunun spesifik müalicəsi yoxdur, amma qoşulmuş ikincili infeksiyalarda, təbii ki, antibakterial terapiyadan istifadə olunaraq bu hallar müalicə olunur.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin məlumatına əsasən son aylarda digər ölkələrdən gətirilmə hadisələrlə əlaqəli qızılcaya yoluxma halları Azərbaycanın müxtəlif regionlarında infeksiyanın yerli yayılmasına səbəb olub. Ölkə ərazisində qeydə alınmış qızılca hadisələri arasında bəzən risk qrupuna aid uşaqlarda ağırlaşmalar, yanaşı bakterial infeksiyaların inkişafı, gecikmiş müraciətlər və ya yanlış diaqnostika hallarına rast gəlinir.

Uşaqların sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədil ilə ölkədə qüvvədə olan "Profilaktik peyvəndlər təqvimi"nə əsasən 1 və 6 yaşlarında olan bütün uşaqlar 2 dəfə qızılca, epidemik parotit və məxmərək infeksiyalarına qarşı vaksinasiya olunmalıdırlar.


Etiketlər:  Qızılca virusu insanlar arasında necə yayılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ