Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nömrədəki “C”ni “O” edən sürücü cəzalandırıldı - FOTO

Nömrədəki “C”ni “O” edən sürücü cəzalandırıldı - FOTO

Tarix: 7 Dekabr 2023 18:48

Avtomobilin nömrəsinə müdaxilə edən sürücü cəzalandırılıb.

Milli.Az xəbər verir ki, bu barədə Baş DYP İdarəsi məlumat yayıb.

"Toyota Prius" markalı 77-DC-247 nömrə nişanlı avtomobilin seriyasında C hərfini O edərək cərimələrdən yayınmağa çalışan sürücü müəyyən edilib.

Sürücü Bəhruz Məmmədov yol polisi tərəfindən məsuliyyətə cəlb edilib.

DYP-dən bildirilib ki, B.Məmmədov barəsində 050-8000-902 whatsapp nömrəsinə gələn müraciət əsasında tədbir görülüb: "Belə hallara yol verən şəxslər barəsində ciddi tənbeh tədbirləri davam etdiriləcək".

Milli.Az


Etiketlər:  Nömrədəki Cni O edən sürücü cəzalandırıldı FOTO


RƏYLƏR