Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nazirin oğlu döyüşdə həlak oldu

Nazirin oğlu döyüşdə həlak oldu

Tarix: 7 Dekabr 2023 22:44

İsrailin sabiq Baş Qərargah rəisi, hazırda hərbi kabinetdə portfelsiz nazir olan Qadi Ayzenkotun kiçik oğlu Qal Qəzza zolağında döyüşlərdə həlak olub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

"Ehtiyatda olan çavuş Qal Meir Ayzenkot Qəzzanın şimalında gedən döyüşlərdə 25 yaşında həlak olub", - açıqlamada diqqətə çatdırılıb.

Ölkənin Baş naziri Binyamin Netanyahu nazirə və onun həyat yoldaşına başsağlığı verərək Qal Ayzenkotu "cəsur döyüşçü və əsl qəhrəman" adlandırıb.

Milli.Az


Etiketlər:  Nazirin oğlu döyüşdə həlak oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ