Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Dekabr 2023 10:55
Əməkdar artist Elza Seyidcahanla müğənni bacısı Rasimə Seyidcahana efirdə gözlənilməz sürpriz olunub.
Sonxeber.net bizim.media-ya istinadən xəbər verir ki, sənətçilərin digər bacıları Mehriban və Lalə Seyidcahan onların qonaq olduqları "Xəzər axşamı" verilişinə gəliblər.
Diqqət çəkən məqam isə Mehribanın Elza ilə görüşməsi olub. Belə ki Mehriban bacısını qucaqlayıb, öpsə də Elza bu görüşə qarşılıq verməyərək, üzünü çevirib.
Lalə isə nə Elza ilə nə də Rasimə ilə görüşüb. Lalə sadəcə kənardan hər iki bacısı ilə salamlaşıb.
Proqramın gedişatında verilişin aparıcısı Mətanət Əliverdiyeva Elzanın bacısı Mehribanla görüşəndə isti münasibət göstərmədiyini vurğulayıb. Mətanət Elzadan yenidən Mehribanla qucaqlaşıb, öpüşüb, görüşməsini istəyib. Elza isə aparıcının bu istəyinə "yox" deməyib. Lakin yenə də bacılar arasında soyuqluq gözdən qaçmayıb.
Daha sonra Elza Seyidcan bacıları ilə olan münasibətdən söz açıb:
"Camaatın evində o qədər söz-söhbət var ki,... Amma biz heç onlarla maraqlanmırıq. Biz bacılardan da öndə olan insanlar var."
Bu anda Lalə Elzanın sözünü kəsərək, "Bizim aramızda söz-söhbət olmayıb. Heç bir-birimizə "dəli" belə deməmişik" kəlməsini dilə gətirib.
Bundan sonra Elza "Bizim aramızda heç zaman dava-dalaş olmayıb. Mənim hər üç bacım alışıb, yanır. Bunları bir yerə yığıb-yığışdırmaq olmur" fikirlərini səsləndirib.
Verilişin növbəti dəqiqələrində Lalə "Bu dörd bacılara heç kim heç bir söz deyə bilməz. Bacılarıma heç kim toxuna bilməz" sözlərini söyləyib.
Verilişdə yayımlanan həmin anları sizə təqdim edirik: