Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Əfsanəvi hakim Tofiq Bəhramovun nəvəsinə yüksək vəzifə verildi

Əfsanəvi hakim Tofiq Bəhramovun nəvəsinə yüksək vəzifə verildi

Tarix: 8 Dekabr 2023 16:38

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Poçt və Ekspres Daşımaları Gömrük Postuna rəis təyin edilib.

Milli.Az Qayanrinfo-ya istinadən xəbər verir ki, komitənin sədri general-leytenant Şahin Bağırovun müvafiq əmri ilə bu vəzifəyə polkovnik-leytenant Bəhramov Tofiq Bəhmən oğlu gətirilib.
Qeyd edək ki, Tofiq Bəhramov əfsanəvi futbol hakimi Tofiq Bəhramovun nəvəsidir.

1993-cü ildə vəfatg edən Tofiq Bəhramov 1966-cı ildə keçirilən dünya çempionatında İngiltərə və Almaniya komandaları arasındakı final oyunu zamanı verdiyi qərarla bütün dünyada tanınıb. Hazırda Bakıda yerləşən Respubvlika Stadionu mərhum hakimin adını daşıyır.

Milli.Az


Etiketlər:  Əfsanəvi hakim Tofiq Bəhramovun nəvəsinə yüksək vəzifə verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ