Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Olimpiya Oyunları: ruslar Parisə gedəcək – İcazə verildi

Olimpiya Oyunları: ruslar Parisə gedəcək – İcazə verildi

Tarix: 8 Dekabr 2023 22:40

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya və Belarus idmançılarına 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında fərdi neytral idmançı kimi iştirak etməyə icazə verib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, beynəlxalq federasiyalar və beynəlxalq idman tədbirlərinin təşkilatçıları üçün BOK İcraiyyə Şurasının 28 mart 2023-cü il tarixli tövsiyələri əsasında ciddi seçim şərtləri tətbiq olunacaq.

Ruslar və belaruslar komanda yarışlarında iştirak edə bilməyəcəklər.

Hərbi və ya milli təhlükəsizlik təşkilatları ilə əlaqəli şəxslərin də Olimpiadada iştirakına icazə verilməyəcək. Bundan əlavə, həmin ölkələrin rəsmiləri müsabiqəyə akkreditasiyadan keçməyəcəklər.

Bildirilir ki, hazırda Rusiyadan 8, Belarusdan isə 3 idmançıya Olimpiya Oyunlarında iştiraka icazə verilib.

Milli.Az


Etiketlər:  Olimpiya Oyunları ruslar Parisə gedəcək İcazə verildi


RƏYLƏR