Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Haqqında həbs qərarı çıxarılan prezidentin oğlu qaçdı

Haqqında həbs qərarı çıxarılan prezidentin oğlu qaçdı

Tarix: 9 Dekabr 2023 07:50

Haqqında həbs qərarı çıxarılan Somali Prezidenti Hassan Şeyx Mohamudun oğlu Mohamed Hassan Şeyx Mohamudun dekabrın 2-də Türkiyədən xaricə qaçdığı məlum olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Mohamed Hassan Şeyx Mohamuda motosiklet kuryerinin öldüyü qəza ilə bağlı Türkiyədə həbs qərarı çıxarılmışdı.

Qeyd edək ki, İstanbulun Fatih rayonunda Somali prezidentinin oğlunun iştirakı ilə baş verən qəzada yaralanan motosiklet kuryeri Yunus Emre Göçer xəstəxanada dünyasını dəyişib.

Milli.Az


Etiketlər:  Haqqında həbs qərarı çıxarılan prezidentin oğlu qaçdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ