Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kabinetində öldürülən icra başçısının qızı Şuşa məktəbinə direktor təyin edildi - FOTO

Kabinetində öldürülən icra başçısının qızı Şuşa məktəbinə direktor təyin edildi - FOTO

Tarix: 9 Dekabr 2023 09:10

Şuşa şəhər 1 nömrəli məktəbin direktoru vəzifəsinə təyinat olub. 

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Səbinə Mikayıl qızı Gözəlova təyin edilib. Bu barədə məlumatı əslən Ağdamdan olan Əməkdar jurnalist Səadət Məmmədova özünün facebook hesabında yayıb. 

Qeyd edək ki, Səbinə Gözəlovanın atası Mikayıl Gözəlov Şuşa Rayon İcra Hakimiyyətinin başçısı olub.

Mikayıl Gözəlov 1948-ci il aprel ayının 5-də Ağdam rayonunun Mərzili kəndində anadan olub. Novruzlu kənd orta məktəbini bitirdikdən sonra o zamankı Azərbaycan Politexnik İnstitutunu bitirib. 1969-cu ildə təyinatla Şuşa şəhərindəki 92 nömrəli Tikinti İdarəsinə gəlib. Əmək fəaliyyətinə tikinti ustası kimi başlasa da, 1976-cı ildə çalışdığı idarənin rəisi vəzifəsinədək yüksəlib.

1982-ci ildə Respublika Sənaye Tikintisi Nazirliyinin Xankəndində yerləşən 9 saylı DQMV Tikinti Trestinə rəis müavini təyin edilib. 1988-cu ildə Şuşa Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri seçilib. Azərbaycan Prezidentinin fərmanı ilə 1991-ci ilin noyabr ayının 7-də Şuşa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

M.Gözəlov Şuşanın və Qarabağdakı digər azərbaycanlı yaşayış məntəqələrinin müdafiəsi işinə rəhbərlik edib, bu yaşayış məntəqələrinin bütün problemlərinin həllində, sosial-iqtisadi inkişafında mühüm rol oynayıb.

Milli Ordunun ilk rəsmi hərbi hissələrindən olan 816 saylı Şuşa ərazi özünümüdafiə taborunu yaradanlardan biri olub. Şuşanın ermənilər yaşayan Qala dərəsi, Böyük Qala dərəsi, Salatınkənd kəndlərinin azad edilməsi əməliyyatına rəhbərlik edib.

1991-ci ilin 11 dekabrında Şuşadakı iş kotağında güllələnərək öldürülüb. 

Milli.Az


Etiketlər:  Kabinetində öldürülən icra başçısının qızı Şuşa məktəbinə direktor təyin edildi FOTO


RƏYLƏR