Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Premyer Liqa: Mövsümün ən böyükhesablı səfər qələbəsi qeydə alınıb - STATİSTİKA

Premyer Liqa: Mövsümün ən böyükhesablı səfər qələbəsi qeydə alınıb - STATİSTİKA

Tarix: 9 Dekabr 2023 15:24

Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün ən böyükhesablı səfər qələbəsi qeydə alınıb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu, XVI turda "Sumqayıt"la "Qarabağ" arasında keçirilən oyunda baş verib.

Sumqayıtda təşkil olunan görüşdə Ağdam təmsilçisi rəqibini 6:1 hesabı ilə məğlub edib. Buna qədər çempionatımızda ən böyükhesablı səfər qalibiyyəti 3 top fərqi ilə olmuşdu. Belə ki, 3 dəfə 0:3 (I tur: "Araz-Naxçıvan" - "Turan Tovuz", V tur: "Sabah" - "Turan Tovuz", VI tur: "Kəpəz" - "Səbail"), iki dəfə isə 1:4 (I tur: "Səbail" - "Sumqayıt", X tur: "Qəbələ" - "Araz-Naxçıvan") hesabına rast gəlinib.

Ümumiyyətlə, cari mövsüm Premyer Liqada keçirilən 76 qarşılaşmanın 27-də qonaqlar hesablarına üç xal yazdırmağı bacarıblar.
"Sumqayıt" - "Qarabağ" matçı həm də mövsümün ən bol qollu ikinci görüşüdür. Bu baxımdan da rekord son çempiona məxsusdur. Qurban Qurbanovun kollektivinin XII turda "Kəpəz"lə ev qarşılaşmasında səkkiz qol (7:1) qeydə alınıb.

Qeyd edək ki, "Qarabağ" hazırda 35 xalla turnir cədvəlinə başçılıq edir. Hesabında 23 xal olan "Sumqayıt" isə üçüncü yerdə qərarlaşıb.

Milli.Az


Etiketlər:  Premyer Liqa Mövsümün böyükhesablı səfər qələbəsi qeydə alınıb STATİSTİKA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ