Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2023 12:20
"Qəzza zolağında HƏMAS radikallarına qarşı intensiv döyüşlər ən azı daha iki ay davam edəcək".
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu məlumatı İsrailin "Kan" dövlət radiosu siyasi sistemdəki mənbəyə istinadən yayıb.
Bildirilir ki, iki aylıq gərgin döyüşlərdən sonra Qəzzada atəşkəs gözlənilmir və zolaqda yerli əməliyyatlar Fələstin anklavının daxilində qalacaq ordu birləşmələri tərəfindən həyata keçiriləcək.
Qeyd olunur ki, İsrail oktyabrın 7-də radikallar tərəfindən oğurlanan və sektorda saxlanılan girovların azad edilməsi üçün bu iki ay ərzində əlavə sövdələşmələr aparmağa çalışmağa davam edəcək.