Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Dekabr 2023 08:26
Avstraliya qitəsinin şərqində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə Yeni Cənubi Uels ştatının polisi məlumat yayıb.
Qeyd olunub ki, təyyarə yerli vaxtla saat 08:50-də (Bakı vaxtı ilə 01:50) Brisbendən 350 km cənub-qərbdə yerləşən Lilydale ərazisində elektrik xətti ilə toqquşub.
Hadisə yerində polis əməkdaşları, o cümlədən təcili tibbi yardım briqadaları cəlb edilib. Təyyarənin göyərtəsində olan iki nəfərin həlak olduğu güman edilir.