Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

TOGG-un 15 mindən çox T10X modeli tədarük olunub

TOGG-un 15 mindən çox T10X modeli tədarük olunub

Tarix: 12 Dekabr 2023 18:30

TOGG-un bu günə qədər 15 mindən çox T10X modeli tədarük olunub.

Milli.Az-ın TurkicWorld-ə istinadən məlumatına görə, Türkiyənin ilk elektriklə işləyən ağıllı cihazı olan Togg-un T10X modeli üçün tədarüklər davam edir.

Şirkətdən verilən açıqlamada bu günədək 15 mindən çox T10X-ın istifadəçilərə təqdim edildiyi bildirilib.

32 xidmət nöqtəsinin istifadəçilərin xidmətində olduğunu bildirən şirkət, 81 vilayətdə 444 DC və 105 AC Trugo şarj stansiyası ilə sürətli və fasiləsiz enerji doldurma xidmətinin təqdim edildiyini bildirib.

Qeyd edək ki, Türkiyənin ilk elektrikli avtomobili olan TOGG 100 faiz Türkiyə tərəfindən layihələndirilib və bu layihə ölkənin sənaye mülkiyyətinə sahib qlobal marka yaratmaq məqsədi ilə həyata keçirilib.

TOGG satışa başladıqdan sonra dörd ay ərzində bütün elektrikli avtomobil bazarında ən çox satılan marka və model kateqoriyası üzrə liderə çevrilib.

Milli.Az


Etiketlər:  TOGG un 15 mindən çox T10X modeli tədarük olunub


RƏYLƏR