Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

General yeni hərbi planla bölgədə - ABŞ-ın məqsədi bəlli oldu

General yeni hərbi planla bölgədə - ABŞ-ın məqsədi bəlli oldu

Tarix: 12 Dekabr 2023 21:26

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) tezliklə yeni hərbi strategiya hazırlamaq üçün general-leytenant Antonio Aqutonu Ukraynaya göndərəcək.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə "Nyu-York Tayms" ABŞ və Ukrayna rəsmilərinə istinadla məlumat yayıb.

Nəşrin yazdığına görə, yüksək rütbəli hərbçi uzun müddət Ukraynada qalacaq.

General Aquto ABŞ-ın təlimatları ilə plan hazırlamaq üçün birbaşa Ukrayna hərbi rəhbərliyi ilə işləyəcək. Yeni hərbi strategiya Almaniyanın Visbaden şəhərində keçiriləcək hərbi təlimlər zamanı hazırlanacaq.

NYT bildirir ki, ABŞ rəhbərliyi Rusiyanı Ukrayna ilə danışıqlara razı salmaq niyyətindədir. Üstəlik, Ağ Evin bir niyyəti də Moskvanın müharibəyə davam etmək, yoxsa Kiyevlə danışıqlar aparmaq istəyində olub-olmadığını aydınlaşdırmaqdır. ABŞ bunların Rusiya üçün son dərəcə çətin strateji seçim olduğunu düşünür.

Milli.Az


Etiketlər:  General yeni hərbi planla bölgədə ABŞ ın məqsədi bəlli oldu


RƏYLƏR