Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyənin 10 ən zəngin ailəsi - Siyahı

Türkiyənin 10 ən zəngin ailəsi - Siyahı

Tarix: 13 Dekabr 2023 09:46

Türkiyənin "Ekonomist" jurnalı "100 ən zəngin araşdırması"nın nəticələrini ictimaiyyətlə paylaşıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, jurnalda Türkiyədə ən böyük sərvətə sahib olanların adları və ailələri açıqlanıb.

Siyahıda ilk 9 yer dəyişməyib. Türkiyənin 100 ən zəngin insanı və ailələri ümumi sərvətlərinə görə sıralanıb.

Həmçinin siyahıda bəzi adlar da təəccübləndirib.

Beləliklə, ilk onluğu təqdim edirik:

1. 6 milyard dollardan çox sərvətlə Koç ailəsi və "Koç Holdinq";

2. 5-6 milyard dollarla Şövkət Sabancının ailəsi və "Esas Holdinq";

3. Ərol Sabancı və ailəsi - "Sabancı Holdinq";

4. 4-5 milyard dollar sərvəti olan Türkan Sabancı və ailəsi - "S. Sabancı Holdinq";

5. 3-4 milyard dollara sahib Tara ailəsi və "Enka Holdinq";

6. 3-4 milyard dollarla Əczaçıbaşı ailəsi - "Əczaçıbaşı Holdinq";

7. 3-4 milyard dollar sərvətə sahib Hüsnü Özyeğin və "Fiba Holdinq";

8. 2,5-3 milyard dollarla Murad Ülkər və "Köklər Holdinq";

9. 2,5-3 milyard dollarla Özokur ailəsi və "Üs Holdinq";

10. 2,5-3 milyard dollar ilə Ərdəmoğlu ailəsi və "Ərdəmoğlu Holdinq";

Qeyd edək ki, məşhur "Doğan Holdinq" ilk onluğa düşə bilməyib və 11-ci sırada qərarlaşıb.


Etiketlər:  Türkiyənin zəngin ailəsi Siyahı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ