Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2023 10:05
"Dünya görüşü "plintus"dan aşağı olanlar hər mövzuda kiçik beyinləri yorub, fikir bildirməsələr daha sanballı görünə bilərlər. Ay nə bilim "müğənni sənəti ilə sevilsin, geyimi ilə deyil kimi" boş fikirləri özünüzə saxlayın".
Sonxeber.net yenisabah.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkə hesabında yazıb.
O. müğənnilərin açıq-saçıq geyinməsinə etiraz edənlərə od püskürüb:
"Ən sevilən, məşhur, toylarınızın, tədbirlərinizin tacı olanlar elə açıq-saçıq geyimləri ilə qəbul olunublar. O qədər burnunuzu hər yerə lazım oldu-olmadı soxursunuz, öz həyatınızı yaşaya bilmirsiniz, beyniniz inkişafdan qalıb, komplekslər, çərçivələr sizi boğub, özünüzdən xəbəriniz yoxdur.
Sizi heç qonşularınız tanımır, evinizdə sözünüzün dəyəri yoxdur, elə bilirsiz şərhlərdə zəhərinizi töküb təmizlənirsiz? Xeyr! Yenə də sözünüzün dəyəri yoxdur. Sadəcə nə qədər aciz olduğunuzu, beyni boş olduğunuzu nümayiş edirsiniz.
Di gedin, indi bu boş beyninizlə bu dediklərimi həzm edib bu həqiqətlə yaşayın. Dünyadan xəbəriniz yoxdur, hələ qalmısınız keçmiş əsrlərin qul təfəkküründə. Onun-bunun dalını, paltarını, şəxsi həyatını müzakirə etmək sizi nə hörmətə mindirir, nə də nə qədər aciz olduğunuzu ört-basdır edir".