Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Real'' Arda ilə bağlı qərarını dəyişdi

''Real'' Arda ilə bağlı qərarını dəyişdi

Tarix: 13 Dekabr 2023 10:28

"Real Madrid"in Arda Gülerlə bağlı qərarını dəyişdiyi iddia edilib.

Sonxeber.net metbuat.az-a istinadən xəbər verir ki, baş məşqçi Karlo Ançelotti Arda Gülerin tam hazır olmaq üzrə olduğunu bildirib. Məlumata görə, "Real Madrid" məşqçiləri Ardanın gələn ilin ilk oyunlarında meydana çıxacağını bildirsə də, onlar qərarını dəyişdiriblər. "Marca" qəzetinin məlumatına görə, Ardanın bu ilin son oyunlarında meydana çıxacağı irəli sürülür.

Qeyd edək ki, Arda Güler "Real Madrid"ə transfer olandan sonra 3 dəfə zədələnib. Arda hələlik rəsmi oyunlarda meydana çıxmayıb.


Etiketlər:  Real Arda ilə bağlı qərarını dəyişdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ