Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Allahla aramızda olan pərdələri yığışdıraq

Allahla aramızda olan pərdələri yığışdıraq

Tarix: 14 Dekabr 2023 08:02

Bağışlayan və Mehriban Allah bizə həmişə yaxındır. Ancaq biz Ondan uzağıq. Onu küçələrdə, səhralarda, dağların başında axtarmaq lazım deyildir. O, insanın olduğu hər bir yerdə vardır. O, Qaim, Qəyyum və Həyydir. Eşidir və görür. (Tebyan)
"(Allah) buyurdu: (Qətiyyən) qorxmayın. Şübhəsiz, Mən sizinlə birlikdəyəm, eşidirəm və görürəm". ("Taha" 46).
"Mənim bəndələrim səndən Mənim barəmdə soruşanda (de ki,) Mən həqiqətən, (hamıya) yaxınam, Məni çağıran zaman dua edənin duasını qəbul edirəm. Odur ki, Mənim dəvətimi qəbul etsinlər və Mənə iman gətirsinlər ki, bəlkə yolu tapdılar". ("Bəqərə" 186).
Yəni, Allahla özümüzün arasında yaratdığımız pərdələr, maneələr Ondan uzaq düşməyimizə səbəb olmuşdur. Günəş hər gün həm şərqə və həm də qərbə işıq saçar. Ancaq əgər otağın qapı və pəncərəsi bağlı olarsa, pəncərəyə pərdə asılmış olarsa, işığın nüfuz etməsi qeyri-mümkündür. Otağın daxilində olanları nurdan məhrum edər. Bizim də Allah Təala ilə rabitəmiz bu cürdür. Bu bizik ki, Ondan uzaq düşmüşük. Dünya hicablarına bürünmüşük. Dünya insanla Allah arasında olan ən böyük pərdə və maneədir. Necə ki, Həzrət Peyğəmbər (s) buyurur: "Dünya sevgisi hər bir təhlükənin başıdır".
Ondan da pisi - insanın təkəbbürlü olmasıdır. İnsan özünü bu qəlibin içində həbs etmişdir. O zamana qədər ki, bu zindandan xilas olmayacaq həqiqəti görməyəcəkdir.
Elə buna görədir ki, Əbu Həmzə Somalinin duasında oxuyuruq: "Bil ki, Sən ümidlilər üçün yerinə yetirən mövqedəsən. Qəmlilər üçün yardım çatdıransan. Həqiqətən Sənə tərəf gedən Sənə yaxındır. Sən öz xəlqindən gizli deyilsən. Məgər o halda ki, əməlləri onlar üçün pərdə olsun".
Bəzən Allaha çatmaq üçün bu yolu o qədər çətin hesab edirik ki, bu ağır yol bizi qalan yolu irəliləməkdən saxlayar. İnsanın fitrəti üstün şeylərə can atar. İmam Əli (ə) buyurur: "Həqiqətən sizin canlarınızın qiyməti behiştdən başqası deyildir. Ona görə də özünüzü ondan azına satmayın".
İslam dini Allaha çatmaq yolunu çətin tanıtmamışdır. İnsan vacibatlarına əməl edərək və haramlardan çəkinərək, həqiqi hədəfinə çata bilər.
Din alimlərimizə nəzər salan zaman görmək olur ki, İmam Xomeyninin (r), Ayətullah Behcətin (r) yanına gedən zaman və onlardan İlahi qürbə yaxınlaşmağın yollarını soruşanda deyərdilər: "Vacibatları yerinə yetirin və haralardan çəkinin". Bəlkə də bu insanlar daha çətin bir tövsiyə eşidəcəklərini zənn edirdilər. Ancaq bu alimlərin buyurduqları Əhli-beytin (ə) tövsiyələridir. Başqa bir tərəfdən isə insan müstəhəbləri yerinə yetirərək, elə bir məqama çata bilər ki, ən ali məqam hesab edilər. Ancaq əsl meyar vacibatları yerinə yetirmək və haramlardan çəkinməkdir.


Etiketlər:  Allahla aramızda olan pərdələri yığışdıraq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ