Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Noyabr 2019 18:42
Bakı. Ceyhun Ələkbərov - Trend:
Dəmir yollarında təhlükəsizlik məqsədilə yeni yoldəyişənlər quraşdırılır.
Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib.
Bildirilib ki, dəmir yolunun Gəncə-Böyük Kəsik istiqamətində yeni yoldəyişənlərin qoyuluşu davam edir.
Hərəkətin təhlükəsizliyi baxımından mühüm hesab edilən qurğuların təzələnməsinə bu ilin avqustunda başlanılıb. Bu günə qədər 81 yoldəyişən qurğu təzələnib. Onu da qeyd edək ki, Gəncə-Böyük Kəsik istiqamətində hərəkətin təhlükəsizliyinin təmin olunması və sürət həddinin artırılması məqsədilə 156 yoldəyişənin yenilənməsi nəzərdə tutulub.
Hazırda Ağstafa və Zəyəm stansiyalarında da 15 yoldəyişənin təzələnməsi işləri aparılır. Yenilənmə işlərini “Azərbaycan Dəmir Yolları” QSC-nin 5 və 11 saylı İxtisaslaşmış Dəmir Yolu Müəssisələri həyata keçirir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin