Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Netanyahu: "Sona qədər davam edəcəyik"

Netanyahu:

Tarix: 14 Dekabr 2023 08:46

İsrailin Baş naziri Binyamin Netanyahu Qəzza zolağında hərbi əməliyyatları davam etdirəcəklərini bildirib.

Milli.Az report-a istinadən xəbər verir ki, İsrailin cənubundakı hərbi qərargahı ziyarət edən Baş nazir Qəzza zolağında hücumlarını davam etdirən ordunun rəsmiləri ilə telefonla danışıb.

"Davam edin. Son əsgərə qədər davam etməyinizi istəyirəm. Biz sonadək, qələbəyə qədər, HƏMAS-ı məhv edənə qədər davam edəcəyik", - Netanyahu deyib.

O, vurğulayıb ki, İsrail hərbi əməliyyatları davam etdirəcək: "Bizi heç nə dayandıra bilməz".

Dünən Qəzza zolağının şimalında "İzzəddin əl-Qəssam" pusquya salması nəticəsində İsrailin 10 hərbçisinin həlak olmasına işarə edən Netanyahu, "Dünən çox çətin bir gün keçirdik", - deyib.

Milli.Az


Etiketlər:  Netanyahu Sona qədər davam edəcəyik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ