Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yevgeni Mixaylov: Ermənistan hakimiyyəti beynəlxalq təşkilatların qətnamələrinə laqeyd yanaşır

Yevgeni Mixaylov: Ermənistan hakimiyyəti beynəlxalq təşkilatların qətnamələrinə laqeyd yanaşır

Tarix: 7 Noyabr 2019 19:30

Bakı. Hüseyn Səfərov - Trend:

Ermənistanın indiki nazirləri tarixi və ölkələrinin əsl imkanlarını zəif başa düşür.

Bunu Trend-ə rusiyalı politoloq Yevgeni Mixaylov Ermənistan xarici işlər nazirinin İsveçdə səsləndirdiyi absurd fikirləri şərh edərkən deyib.

Politoloq kinayə ilə bildirib ki, Yerevanın ritorikasına işğal barədə, Sumqayıt hadisələri barədə uydurmalar xasdır:

“Sumqayıtdakı hadisələr məhz ermənilərin təxribatı idi, amma nəyə görəsə Ermənistanda bu barədə danışmırlar, elə rəsmi tarix də bu barədə susur”.

Politoloq bildirib ki, Ermənistanın yeni hakimiyyəti beynəlxalq təşkilatların istənilən qətnaməsinə laqeyd yanaşır:

“Yerevan əsassız olaraq öz əhəmiyyətini qabardır və özünü Qarabağ münaqişəsinin həll olunması və işğal olunmuş ərazilərin qaytarılması vaxtının çatdığını bildirən sağlam fikirli dövlətlərlə qarşı-qarşıya qoyur. Efemer “Böyük Ermənistan” sadəcə mifdir. Reallıq isə budur ki, qonşularla dinc şəraitdə yaşamaq və əməkdaşlıq etmək lazımdır. Əgər bu baş vermirsə, tarix göstərir ki, belə dövlətlər gec-tez mövcudluğunu və fəaliyyət qabiliyyətini itirir”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Yevgeni Mixaylov Ermənistan hakimiyyəti beynəlxalq təşkilatların qətnamələrinə laqeyd yanaşır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ