Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu il neçə nəfər İİV-ə yoluxub?

Bu il neçə nəfər İİV-ə yoluxub?

Tarix: 14 Dekabr 2023 19:45

Bu ilin 11 ayı ərzində Azərbaycanda 792 nəfər İİV-ə yoluxub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası məlumat yayıb.

Bildirilib ki, onlardan 761 nəfəri Azərbaycan vətəndaşları, 31 nəfəri isə əcnəbilər olub.

Azərbaycan vətəndaşları arasında 64 nəfəri (8,4%-i) inyekson narkotik istifadəçiləri olub.

Milli.Az


Etiketlər:  Bu il neçə nəfər İİV ə yoluxub


RƏYLƏR