Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Maskın anası Baydenə qəzəbləndi - Foto

Maskın anası Baydenə qəzəbləndi - Foto

Tarix: 15 Dekabr 2023 08:38

Tesla və SpaceX-in sahibi İlon Maskın anası Mey Mask ABŞ Prezidenti Cozef Baydenin Maska nəzarət etmək üçün müxtəlif yollardan istifadə edəcəyi xəbərinə münasibət bildirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Mey Mask sosial media hesabında paylaşım edib.

O qeyd edib ki, Bayden İlon Maskın dünyanı daha yaxşı yerə çevirməsinə mane olur:

"Mən İlon Maskın anasıyam. Onun məqsədi dünyanı daha yaxşı bir yerə çevirməkdir. ABŞ-nin hazırkı prezidenti onu dayandırmaq istəyir. Lakin başqa ölkələrdə insanlar İlonla fəxr edirlər".

Qeyd edək ki, Baydenin Maska nəzarət etmək üçün müxtəlif yollardan istifadə edəcəyini ABŞ Federal Rabitə Komissiyasının üzvü Brendan Karr sosial media hesabında yazmışdı.

Milli.Az


Etiketlər:  Maskın anası Baydenə qəzəbləndi Foto


RƏYLƏR