Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Britaniyadan Rusiyaya yeni sanksiya

Britaniyadan Rusiyaya yeni sanksiya

Tarix: 15 Dekabr 2023 16:46

Böyük Britaniya Rusiyanın bir sıra maliyyə təşkilatlarına sanksiya tətbiq edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, "Rostec" korporasiyasının əsas bankı olan "Novikom" bankına qarşı sanksiyalar tətbiq edilib.

Həmçinin Rusiyanın daha 27 bankı "qara siyahı"ya əlavə olunub. Bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin saytında dərc edilmiş yenilənmiş qara siyahıda deyilir.

Milli.Az


Etiketlər:  Britaniyadan Rusiyaya yeni sanksiya


RƏYLƏR