Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xoşqədəm itini satan şəxsə səsləndi: “Səni...” – VİDEO

Xoşqədəm itini satan şəxsə səsləndi: “Səni...” – VİDEO

Tarix: 15 Dekabr 2023 19:45

Xoşqədəm Hidayətqızı itən 2 itindən birini satan şəxsə səslənib.  

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, teleaparıcı bu barədə aparıcısı olduğu "Səni axtarıram" verilişində danışıb:

"Tokio" bir nəfərin əlinə keçib və onu 50 manata satıb. Alan şəxs isə oğlum Arının gözyaşlarını görüb, iti bizə qaytardı. Heç pul da almadı. İtimi oğurlayıb satan o yaşlı kişiyə deyirəm ki, səni tapacam. Sən mənim itimi, lap mənim olmasın, başqasının itini satmısan. Səni tapacam!"

Xatıladaq ki, Xoşqədəmin "Tokio" və "Nana" ləqəbli itlərinin Mərdəkan-Şüvəlan-Şağan istiqamətində itdiyi ehtimal edilirdi. Aparıcı  itləri tapan şəxslərə mükafat veriləcəyini də bildirmişdi. Daha sonra teleaparıcı hər iki itinə qovuşub.

Milli.Az


Etiketlər:  Xoşqədəm itini satan şəxsə səsləndi Səni VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ