Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2023 20:55
Ukraynanın Əməkdar artisti Svetlana Loboda "BBC"yə müsahibəsində Rusiyanın Xalq artisti Alla Puqaçova ilə şoumen həyat yoldaşı Maksim Qalkindən danışıb.
Sonxeber.net axşam.az xəbər verir ki, Riqada yaşayan Loboda Riqada ingilis dilini öyrəndiyini və karyerasını Avropada davam etdirmək niyyətində olduğunu bildirib.
"Biz Puqaçova ilə uzun illər əvvəl tanış olub, dost olduq. Puqaçova ilə Qalkinin ailəsinə böyük hörmətim var. Onlar çox tərbiyəli, ziyalı və daxilən böyük insanlardır.
Puqaçova dünyada baş verənlərdən nadir hallarda danışır. Onların ailəsində danışan Maksimdir. Puqaçovanın Rusiyanı tərk etməsi çox şeydən xəbər verir. Qalkinin dediyi hər şey Puqaçovanın düşündükləridir. Onlar bir-birilərinin adından danışırlar" deyə, müğənni söyləyib.
Lobodanın sözlərinə görə, o, tez-tez sosial şəbəkələrdə ona nifrət edənləri "qara siyahı"ya atır:
"Biz aydın başa düşürük ki, bu gün insanlar iki yerə bölünüb: Rusiya və Ukraynanı dəstəkləyənlər. Onlar bir-birini məhv etməyə başlayırlar".