Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2023 21:48
2022-ci il üçün Rusiyaya olan borcların ümumi məbləği 28,9 milyard dollar təşkil edib.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə Dünya Bankının məlumatında bildirilib.
Qeyd edilib ki, bu, son 23 ildə ən yüksək göstəricidir.
Rusiyaya borcu olan 37 ölkə var. Ən çox borcu olan ölkələrin ilk beşliyi belədir:
1. Belarus - 8,24 milyard dollar
2. Banqladeş - 5,86 milyard dollar
3. Hindistan - 3,75 milyard dollar
4. Misir - 1,82 milyard dollar
5. Vyetnam - 1,39 milyard dollar.
Rusiyanın isə xarici borcu ÜDM-in 16,6 faizini təşkil edir.