Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ançelotti qapıçı seçimini etdi

Ançelotti qapıçı seçimini etdi

Tarix: 16 Dekabr 2023 16:12

"Real"ın baş məşqçisi Karlo Ançelotti qapıçılar arasında seçim edib.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Bildirilib ki,  zədəli Tibo Kurtuanın yoxluğunda italiyalı mütəxəssis əvvəllər Kepa Arrizabalaqanı əsas oyunçu hesab edirdi. Amma sonra o, fikrini dəyişib. Dönüş nöqtəsi Andrey Lunini oynadığı La Liqada "Betis"ə qarşı matç (1:1) olub.

Nəşr ki, ukraynalı qolkiper gücləndiyi üçün məşqçi Lunini ehtiyat oyunçular skamyasına qaytarmaq üçün heç bir səbəb görmür. O, Kepadan (86-ya qarşı 77) daha yaxşı xilasetmə faizinə malikdir və komandanı çətin vəziyyətlərdə daha tez-tez xilas edib. Bu da Ançelottinin diqqəti cəlb edib. Andreyin oyunu ötən mövsümlə müqayisədə daha inamlı olub.

A.Lunin bu mövsüm 8 oyuna çıxıb və 5 qol buraxıb. O, 4 matçda qapısını toxunulmaz qoyub.


Etiketlər:  Ançelotti qapıçı seçimini etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ