Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Sabah"la görüş mənim üçün xüsusi oyun idi" - Vadim Abdullayev

Tarix: 16 Dekabr 2023 17:24

Misli Premyer Liqasının 17-ci turunda "Araz-Naxçıvan" "Dalğa Arena"da "Sabah"ı qəbul edib. Görüş nominal meydan sahibi kimi çıxış edən Muxtar Respublika təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qalib komandanın ən yaxşılarından olan Vadim Abdullayevlə əlaqə saxlayıb görüş barədə nə düşündüyünü soruşduq.

Milli.Az xəbər verir ki, onun fanat.az-a açıqlaması belə olub:

"Çox vacib qələbə idi. Mənim üçün bu qarşılama xüsusi oyun idi. Çünki sonuncu dəfə "Sabah"da çıxış etdikdən sonra Rusiyaya getməli olmuşdum.

Turnir cədvəlindəki mövqe baxmından da bizim üçün əhəmiyyətli matç idi. Çox səviyyəli və yaxşı kollektivə qarşı mübarizə apardıq. Favoritə qarşı istəkli oyandıq" Şadam ki, inamlı qələbə qazandıq".

Milli.Az


Etiketlər:  Sabahla görüş mənim üçün xüsusi oyun idi Vadim Abdullayev


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ