Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2023 14:26
"Cenoa"nın müdafiəçisi Radu Drequşen karyerasını İspaniya nəhəngində davam etdirə bilər.
Sonxeber.net fanat.az-a istinadən xəbər verir ki, məlumatı "Sport"un əməkdaşı Alfredo Martines yayıb.
Məlumata görə, 21 yaşlı rumın futbolçunun xidmətində "Barselona" maraqlıdır. Mənbə Drequşinin müqaviləsində göstərilən sərbəstqalma məbləğinin 30 milyon avro olduğunu vurğulayıb.
Xatırladaq ki, "Cenoa" ötən mövsüm icarə əsasında formasını geyinən və özünü yaxşı tərəfdən göstərən Radunu bu yay 5,5 milyon avro qarşılığında "Yuventus"dan alıb.