Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dənizkənarı Milli Parkda daha bir qalmaqal

Dənizkənarı Milli Parkda daha bir qalmaqal

Tarix: 19 Dekabr 2023 20:10

Bakı bulvarının yeni salınan hissəsində- paytaxtın Səbail rayonu ərazisində, Su İdman Sarayının yaxınlığında yeni bariyerlər quraşdırılır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Caliber"in məlumatına görə, bulvarın bu hissəsində avtomobillər üçün giriş tamamilə bağlanacaq.

Sözügedən mövzu sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Vəziyyəti şərh edən Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva bildirib ki, sözügedən ərazi idarənin balansındadır və onun mühafizə zonasıdır.

"Dənizkənarı Milli Park" haqqında əsasnaməyə görə, rəhbərlik parkın mühafizəsi üçün xüsusi rejim tətbiq etmək səlahiyyətinə malikdir. Bu da qanunla nəzərdə tutulub.

Əraziyə daimi gələnlər üçün heç bir maneə olmayacaq, onlara müvafiq vəsiqələr veriləcək", - deyə Ə. Mehdiyeva məlumat verib.

Milli.Az


Etiketlər:  Dənizkənarı Milli Parkda daha bir qalmaqal


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ