Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BMT-dən Husi hücumları ilə bağlı xəbərdarlıq...

BMT-dən Husi hücumları ilə bağlı xəbərdarlıq...

Tarix: 20 Dekabr 2023 00:06

Husi üsyançılarının Qırmızı dənizdə gəmilərə hücumlarının artması beynəlxalq ticarətə ciddi ziyan vura və ekoloji fəlakətə səbəb ola bilər.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Düjarrik deyib.

"Biz əlbəttə ki, son həftələrdə beynəlxalq dəniz nəqliyyatına edilən hücumları pisləyirik. Bu, beynəlxalq hüququn vacib hissəsi olan naviqasiya azadlığına mane olmaqla yanaşı, həm də beynəlxalq ticarətə zərər vurma potensialına malikdir. Və biz artıq bunu görürük", - deyə o, brifinqdə bildirib.

Qeyd edək ki, ABŞ müdafiə naziri Ostin Yaxın ABŞ-ın Şərqdəki tərəfdaşları və müttəfiqləri ilə Yəmənin Husi üsyançılarının yarada biləcəyi təhlükəyə qarşı beynəlxalq koalisiya qurmağa çalışdığını bildirib.


Etiketlər:  dən Husi hücumları ilə bağlı xəbərdarlıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ