Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2023 06:38
Klublararası dünya çempionatında ikinci finalçı müəyyənləşib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, yarımfinalda İngiltərə "Mançester Siti"si ilə Yaponiya "Urava Red Daymonds"la qarşılaşıb. Matç Mançester təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
"Urava Red Daymonds" - "Mançester Siti" - 0:3
Qollar: Heybroten, 45+1, Kovaçiç, 52, Silva, 59
Beləliklə, Pep Qvardiolanın baş məşqçisi olduğu komanda finala yüksəlib. "Mançester Siti" həlledici görüşdə dekabrın 22-i Braziliya "Fluminense"si ilə qarşılaşacaq.