Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda qanunsuz ov edən 2 ərəb cərimələnib

Azərbaycanda qanunsuz ov edən 2 ərəb cərimələnib

Tarix: 8 Noyabr 2019 17:16

Bakı.İlhamə İsabalayeva - Trend:

İki gün əvvəl Mahmudçala Ovçuluq Təsərrüfatında iki ərəb ölkəsi vətəndaşı ov qaydalarının pozulmasına görə saxlanılıb.

Trend -in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Departament direktoru Hikmət Əlizadə deyib.

Onun sözlərinə görə, ərəblərin hər biri qanunvericiliyə uyğun olaraq, 2000 manat cərimələnib. Onların ölkədən çıxarılması və ya gələcəkdə ölkəyə səfərinin qarşısının alınması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət edilib.

H.Əlizadə əlavə edib ki, qanunsuz ov faktları payız-qış aylarında daha çox olur.


Etiketlər:  Azərbaycanda qanunsuz ov edən 2 ərəb cərimələnib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ