Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xorvatiya Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib

Xorvatiya Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib

Tarix: 22 Dekabr 2023 12:30

Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyur, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm.

Cənab Prezident, Sizə ən xoş diləklərimi yetirir və ölkənizin rifahının daha da yaxşılaşdırılması istiqamətindəki fəaliyyətinizdə yeni nailiyyətlər arzulayıram.

Əminəm ki, Xorvatiya və Azərbaycan bundan sonra da ikitərəfli əməkdaşlığı dostluq ruhunda möhkəmləndirəcək və dərinləşdirəcəkdir. Bunun üçün iqtisadi əlaqələrin inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyətimiz xüsusi əhəmiyyət kəsb edir.

Cənab Prezident, Sizə olan ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Milli.Az


Etiketlər:  Xorvatiya Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ