Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nizami Rəmzinin qızı reabilitasiyadan sonra ÜZƏ ÇIXDI - VİDEO

Nizami Rəmzinin qızı reabilitasiyadan sonra  ÜZƏ ÇIXDI - VİDEO

Tarix: 22 Dekabr 2023 13:15

Mərhum meyxana ustası, şair Nizami Rəmzinin narkotik asılılığından əziyyət çəkən və səfil həyatı yaşayan qızı Reyhan reabilitasiya mərkəzlərinin birində müalicədən sonra üzə çıxıb. 

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, mərhum sənətkarın qızının görüntülərini bloger Nail Kərimli sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. 

Reyhan səhhəti ilə bağlı bunları dilə gətirib: 

"Özümü çox yaxşı hiss edirəm. Sağalmağa doğru addımlar atıram. Bunu özüm də hiss edirəm. Burada yaxşıyam deyib, qapıdan çıxanda başqa şeylər olmasın. Özüm-özümə arzu edirəm ki, buradan çıxdıqdan sonra da danışdıqlarımı sözlər yox, əməlimlə göstərə bilim". 
Qeyd edək ki, Nizami Rəmzi 1997-ci ilin yanvarın 19-da məclisə gedərkən dostu və meyxanaçı Kəbir Azəri ilə birgə yol qəzasında 49 yaşında həlak olub. Ekspertizaya görə Nizami Rəmzi sükan arxasında içkili olub. 

Milli.Az


Etiketlər:  Nizami Rəmzinin qızı reabilitasiyadan sonra ÜZƏ ÇIXDI VİDEO


RƏYLƏR