Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Avroviziya-2024”ün səhnəsi belə olacaq - FOTOlar

“Avroviziya-2024”ün səhnəsi belə olacaq - FOTOlar

Tarix: 24 Dekabr 2023 05:55

Xəbər verdiyimiz kimi, Avropanın nüfuzlu "Avroviziya-2024" beynəlxalq mahnı müsabiqəsi İsveçin Malmö şəhərində keçiriləcək.  

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, "SVT" yayım şirkəti artıq yarışma üçün səhnə qrafikası və işıqlandırma dizaynının fotolarını yayımlayıb.  

Daşınan LED kublar, LED döşəmələr, yüksək təsirli işıqlandırma, video və səhnə texnologiyası birləşərək yarış arenasının özündə möhtəşəm variasiyalar yaradacaq.  

Səhnə xaç şəklində məkanın düz ortasında yerləşəcək. Bu isə unikal dizayndan xəbər verir.  

Səhnənin rəng sxemi zalın işıqlandırması kimi mavidir, lakin səhnədəki dizayn artıq parlaq çəhrayı işıqlandırmadan hazırlanıb.  

Qeyd edək ki, daha əvvəl təşkilatçılar Malmödə keçiriləcək "Avroviziya -2024"ün simvollarını da nümayiş etdiriblər. Loqo və ekranın yaradılması üçün dizaynerlər şimal işıqlarını və səs ekvalayzerlərinin ritmlərini birləşdiriblər. 
2024-cü ildə İsveçdə keçirilən müsabiqənin yarımfinalları mayın 7-də və 9-da, finalı isə mayın 11-də keçiriləcək. 

Milli.Az


Etiketlər:  Avroviziya 2024ün səhnəsi belə olacaq FOTOlar


RƏYLƏR