Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bayden Netanyahu ilə söhbətindən danışıb

Bayden Netanyahu ilə söhbətindən danışıb

Tarix: 24 Dekabr 2023 09:48

ABŞ Prezidenti Co Bayden bildirib ki, şənbə günü İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı zamanı o, İsrail tərəfini HƏMAS-İsrail münaqişəsi zonasında atəşkəsə çağırmayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bayden Netanyahu ilə söhbətin uzun sürdüyünü və özəl söhbət xarakteri daşıdığını vurğulayıb.

Ağ Evin mətbuat xidməti vurğulayıb ki, Bayden mülki şəxslərin müdafiəsi, eləcə də döyüşlərin davam etdiyi ərazilərdən mülki şəxslərin təhlükəsiz hərəkətini təmin etmək zərurətini bildirib.

Milli.Az


Etiketlər:  Bayden Netanyahu ilə söhbətindən danışıb


RƏYLƏR