Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vaxt çatdı, Ukraynanı xilas etmək üçün... - İtaliya

Vaxt çatdı, Ukraynanı xilas etmək üçün... - İtaliya

Tarix: 24 Dekabr 2023 11:54

Ukraynada müharibəyə son qoymaq üçün siyasi həll yolu tapmağa başlamağın vaxtı çatıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri İtaliyanın müdafiə naziri Quido Krosetto deyib.

"Müharibə iki ilə yaxındır davam edir və hesab edirəm ki, Ukraynaya hərbi müdaxilə və dəstək ilə yanaşı, siyasi həllə aparan yolları izləmək vacibdir", - Krosetto bildirib.

O bildirib ki, indiyə qədər yer üzündən silinə biləcək Ukraynanı saxlamağa və Rusiyanın hücumundan qorumağa çalışmışıq:

"Hərbi cəhətdən əldə edilə bilməyən hədəfə Rusiyaya qarşı diplomatik və siyasi cəbhə açmaqla çatmaq olar".

Milli.Az


Etiketlər:  Vaxt çatdı Ukraynanı xilas etmək üçün İtaliya


RƏYLƏR