Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2023 11:57
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında energetika sahəsində əməkdaşlığa dair Saziş"in təsdiq edilməsi haqqında fərman imzalayıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, fərmana əsasən, 2023-cü il noyabrın 13-də Rabat şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında energetika sahəsində əməkdaşlığa dair Saziş" təsdiq edilib.
Bu fərmanda göstərilən saziş qüvvəyə mindikdən sonra Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Mərakeş Krallığı Hökumətinə bildiriş göndərməlidir.