Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ 1 milyon kv.km-ya iddia edir - Rusiyadan cavab

ABŞ 1 milyon kv.km-ya iddia edir - Rusiyadan cavab

Tarix: 26 Dekabr 2023 14:52

ABŞ-ın Arktikada və Berinq dənizində təbii ehtiyatlarla zəngin kontinental şelfdə mübahisəli ərazilərin bir hissəsinə dair iddiaları Rusiya üçün strateji əhəmiyyət kəsb edən ərazilərə aid deyil.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu rusiyalı siyasi ekspert Dmitri Kasatkin bildirib.

"Ola bilsin ki, qismən kəsişmələr var, lakin onlar həm həcm, həm də iqtisadi potensial baxımından strateji əhəmiyyətli ərazilərə aid deyil. Rusiya üçün Lomonosov silsiləsindən Mendeleyev silsiləsinə qədər olan şelf zonasında öz maraqlarını müdafiə etmək strateji baxımdan daha vacibdir", - şərhçi vurğulayıb.

Qeyd edək ki, bir neçə gün öncə ABŞ Dövlət Departamenti Arktika və Berinq dənizində kontinental şelfin genişləndirilməsini elan edib ki, bu da Vaşinqtona potensial minerallarla zəngin dəniz dibləri üzərində hüquqlarını təmin etməyə imkan verəcək.

Milli.Az


Etiketlər:  ABŞ 1 milyon kvkm ya iddia edir Rusiyadan cavab


RƏYLƏR